“Klopp Premyer Liqada da uğur qazanacaq” – Levandovski

“Klopp Premyer Liqada da uğur qazanacaq” – Levandovski
XƏBƏR 16 Oktyabr 2015 / 14:41 4444
-  A +

“Klopp yaxşı insan olmaqla yanaşı, eyni zamanda böyük məşqçidir. O bilir ki, Premyer Liqa ilə Bundersliqa eyni deyil. Qarşısında fərli oyunçular və fərqli çempionat var”.

Qol.Az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu sözləri “Bavariya”nın futbolçusu Robert Levandovski “Liverpul”un yeni baş məşqçisi  Yurgen Klopp haqda danışarkən deyib.

Dörd  il Dortmund klubunda  Kloppun rəhbərliyi altında oynayan polşalı hücumçu sabiq məşqçisi haqda müsbət fikirlər səsləndirib. O, Kloppun  özünə uyğun çempionata getdiyini bildirib: “Əminəm ki, Klopp Premyer Liqaya problemsiz uyğunlaşacaq. O, futbolçularla ünsiyyət qurmaqda mükəmməldir və pozitivliyi ilə “Liverpul”da fərqlilik yaradacaq.  Klopp özü üçün ən uyğun klub və çempionata getdi. Ona ancaq uğurlar arzulayıram”.

Xatırladaq ki, Yurgen Klop “Liverpul”un baş məşqçisi kimi ilk oyununu sabah 16:45-də “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Tottenhem”ə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya