Aleksis Sançezdən "Real" açıqlaması

Aleksis Sançezdən "Real" açıqlaması
XƏBƏR 15 Oktyabr 2015 / 17:46 9317
-  A +

"Arsenal"ın hücumçusu Aleksis Sançez qışda Madrid "Real"ına transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, çilili futbolçu "Arsenal"dan ayrılmağı düşünmədiyini açıqlayıb.

"Real"ın mənimlə maraqlandığını mətbuatdan öyrəndim. Ancaq "Arsenal"da xoşbəxtəm və komandadan ayrılmağı düşünmürəm".

Qeyd edək ki, "Real"ın Sançez üçün "Arsenal"a 40 milyon avro ödəməyə hazır olduğu iddia olunur.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır