Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus bu il "Qızıl top" mükafatına namizəd futbolçular haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Matteus FİFA-nın telekanalına açıqlamasında bu mükafata yalnız "Barselona"nın futbolçusu Lionel Messinin layiq olduğunu bildirib:
"Qızıl top"a bir layiqli namizəd varsa, o da Messidir. Messi inanılmaz səviyyədə oynamaqla yanaşı, Çempionlar Liqası və İspaniya kubokunu qazandı. Baxmayaraq ki, Argentina yığmasında titul qazanmaq ondan üz döndərir. Messinin parlaq oyunu və "Barselona"dakı uğurları çox şeydən xəbər verir. O, fövqəladə səviyyədə unikal və sabit futbol sərgiləyir. Əgər "Qızıl top" mükafatı ona verilməsə, təəccüblənəcəm".
İlin ən yaxşı məşqçi namizədlərinə toxunan Matteus belə deyib: "Bu il nə dünya, nə də Avropa çempionatı keçirilib. Ona görə də diqqət mərkəzində klub futbolu olacaq. Burada da "Barselona" digərlərindən yuxarıdadır".
Qeyd edək ki, Matteusun özü 1990-cı ildə "Qızıl top"a sahib çıxıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə