Serxio Ramos məşqlərə başladı

Serxio Ramos məşqlərə başladı
XƏBƏR 15 Oktyabr 2015 / 11:12 2211
-  A +

"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos zədəsini sağaldıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu komandası ilə məşqlərə başlayıb.

Çiynindən zədə alan Ramos "Avro-2016"nın seçmə mərhələsinin son iki oyununda İspaniya yığmasına kömək edə bilməyib. Lakin baş məşqçi Rafael Benites şans verəcəyi təqdirdə Ramos La Liqada "Levante" ilə görüşdə iştirak edə biləcək.

Qeyd edək ki, Ramos cari mövsüm La Liqada 4 oyunda meydana çıxıb.


Son xəbərlər