Raul Qonzales karyerasını bitirir

Raul Qonzales karyerasını bitirir
XƏBƏR 14 Oktyabr 2015 / 18:34 5359
-  A +

İspaniya futbolunun canlı əfsanəsi  Raul Qonzales karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  38 yaşlı hücumçu bu il karyerasını rəsmən başa vuracaq.

ABŞ-ın "Nyu York Kosmos” klubunda çıxış edən  futbolçu mövsümün sonunda karyerasını bitirəcəyini deyib. 

Qeyd edək ki, ABŞ-da mövsüm  noyabr ayında başa çatır. Bu isə o deməkdir ki, ulduz futbolçunun karyerası sona yaxınlaşır.

Son xəbərlər