Gələn il Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilməyən Hollandiya millisinin baş məşqçisi Danni Blind istefa verməyəcəyini söyləyib.
Qol.Az-ın xarci KİV-lərə istinadən yaydığı xəbərə görə, “Avro-2016” seçmə mərhələsinin A qrupunda 4-cü yeri tutan milli komandanın çalışdırıcısı yerli mətbuata açıqlamasında 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına qatılmaq istədiklərini bildirib:
“İndi gələcəyin komandasını necə qurmağımız haqda düşünməliyik. Bacarmadıq, bu bir həqiqətdir. Futbolçular, mən və bütün Hollandiya üçün üzücü haldır. Amma gələcəyə baxmaq lazımdır. “DÇ-2018”də iştirak etməliyik. Hollandiya Futbol Federasiyası tərəfindən mənə təklif gələndə “hə” dedim. Ona görə də indiki durumum haqda danışmaq istəmirəm. Deyə biləcəyim təkcə odur ki, qətiyyən dayanamayacam”.
Qeyd edək ki, Danni Blind bu ilin iyul ayından Hollandiya millisini çalışdırır.
Xatırladaq ki, ötən gün Çexiyaya 2:3 hesabı ilə uduzan hollandlar "Avro-2016"dan kənarda qalıb.
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi