Levandovski birinci, Nazarov 33-cü oldu

Levandovski birinci, Nazarov 33-cü oldu
XƏBƏR 14 Oktyabr 2015 / 04:27 10066
-  A +

"Avro-2016"nın seçmə mərhələsinin ən məhsuldar futbolçusu müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, bu, Polşa yığmasının hücumçusu Robert Levandovskidir.

"Bavariya"nın forvardı seçmə mərhələdə vurduğu 13 qolla turnirin ən məhsuldar futbolçusu olub. Almaniya millisinin hücumçusu Tomas Müller 9 qolla ikinci pillədə qərarlaşıb.

Rusiya yığmasının hücumçusu Artyom Zyuba və İsveç millisinin forvardı Zlatan İbrahimoviç isə hərəyə 8 qolla 3-4-cü pilləni bölüşdürürlər.

Qeyd edək ki, seçmə mərhələdə 3 qol vuran Azərbaycan millisinin üzvü Dmitri Nazarov siyahıda 33-cü olub.


Son xəbərlər