Çumbinyo: "Ağrı hiss edəcəyimdən narahat idim"

Çumbinyo: "Ağrı hiss edəcəyimdən narahat idim"
XƏBƏR 13 Oktyabr 2015 / 18:33 8012
-  A +

"Bir ildən çoxdur ki, meydana çıxmırdım. Oyun boyu üzərimdə hər hansı bir təzyiq yox idi. Fiziki və beyin olaraq oyuna hazır idim".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Çumbinyo "Qəbələ" ilə baş tutan yoxlama matçından (1:2) sonra klubun rəsmi saytına açıqlamasında deyib. 

Bir il, 1 ay sonra yenidən yaşıl meydanlara qayıdan braziliyalı futbolçu "Qəbələ" ilə görüşdə 80 dəqiqə oynayıb. O, ən qısa zamanda optimal formasını bərpa edərək komandasına kömək etmək istədiyini bildirib: "Əsas narahatçılığım o idi ki, ayağımda ağrı hiss edə bilərdim. Amma çox şükürlər olsun ki, ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu. Ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm".

Qeyd edək ki, Çumbinyo ötən il sentyabrın 16-da Avropa Liqasının qrup mərhələsinin ilk oyununda "Sent-Etyen"lə qarşılaşmada zədələnərək 1 il, 1 ay yaşıl meydanlardan kənarda qalıb.

Son xəbərlər