"Qəbələ"nin rəqibindən heç-heçə

"Qəbələ"nin rəqibindən heç-heçə
XƏBƏR 13 Oktyabr 2015 / 15:39 1722
-  A +

"Qəbələ"in Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" yoxlama görüşündə qüvvəsini sınayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi III Bundesliqada çıxış edən "Maqdeburq"la qarşılaşıb.

Matçda qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar meydandan 2:2 bərabərliklə ayrılıb.

Qeyd edək ki, "Borussiya" Avropa Liqasında növbəti görüşünü oktyabrın 22-də Bakıda "Qəbələ"yə qarşı keçirəcək.


Son xəbərlər