“Qolu nə vaxt vurmağımın fərqi yoxdur” – Dodo

“Qolu nə vaxt vurmağımın fərqi yoxdur” – Dodo
XƏBƏR 5 Oktyabr 2015 / 00:15 5651
-  A +

“Çox gözəl oyun oldu. Böyük hesabla qalib gəldiyimiz üçün sevinirik”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ”nin kapitanı Dodo “Xəzər Lənkəran”la oyundan  (6:0) sonra deyib.

Braziliyalı yarımmüdafiəçi görüşün 8-ci saniyəsində rəqib qapısına yol tapıb. “O, bu barədə də danışıb: “Qol vurmaq mənim işimdir. Nə vaxt qol vurmağımın fərqi yoxdur. Əsas odur ki, komandamın qələbəsində pay sahibi olum”.

Dodo azarkeş sayının az olmasına da toxunub: “Azarkeşlərin az olması oyunumuza təsir etmədi. Bunun heç bir fərqi yoxdur. Belə qələbələrimiz davam etsə, azarkeşlər də meydana gələcək”.

Daha çox


Son xəbərlər