O, heç vaxt belə davranmazdı. Xaqani Məmmədovu deyirəm, AFFA Hakimlər Komitəsinin sədrini. İndiyə qədər dəfələrlə azərbaycanlı hakimlərin bilərəkdən, ya bilməyərəkdən buraxdığı səhvlərə şahidlik etmişik. Bəzən elə hoqqalar çıxarıblar ki, həmin hoqqanın dünyada analoqu olmayb. Heç bir halda Xaqani Məmmədov tur bitəndən dərhal sonra mətbuata bu cür açıqlamalar verməyib, açıq-aşkar hansısa hakimin kobud səhvə yol verdiyini, onun sərt cəzalanacığını aləmə car çəkməyib. Hər dəfəsində onun diplomatik açıqlamalarını oxumuş, hakimləri qorumasına, onların da insan olduğunu və səhvlərdən "sığortalanmadığını” deməsinə öyrənmişdik. İndi vəziyyət tamam dəyişib.
Fariz Yusifovun "Qarabağ” – "Neftçi” qarşılaşmasının 2-ci hissəsini bərbad idarə etdiyinə hər kəs şahid oldu. İllərin təcrübəsi, sanki özündə deyildi. Şəxsi qənaətimdi ki, Yusifov Ramosun Əfran İsmayılova müdaxiləsindən sonra paraqvaylıya sarı vərəqə göstərməyə tərəddüd etməsinin ardından xeyli həyəcanlanmışdı. Meydanda ora-bura qaçarkən belə beynini həmin epizod məşğul edir, doğru, ya yanlış qərar verdiyini özlüyündə incələyirdi. Ramosun vurduğu zərbənin Şehiçin inanılmaz səhvindən sonra tora daxil olması isə onun fikirlərini daha da qarışdırırdı. "Ramosu qovmadım, o da qol vurdu. Səhv etsəm, qanım getdi. Cəzalanacam, 5 tur məcburi istirahət edəcəm” düşüncəsi oyunun "ip”ini onun əlindən aldı. Qarşılaşmanın tam 90-cı dəqiqəsində yaşanan məlum epizod isə hadisələrin kuliminasiya nöqtəsi oldu.
"Penalti vardı, ya yoxdu", "qırmızı vərəqə verilməliydi, ya verilməməliydi" müzakirələrinin artıq heç bir əhəmiyyəti qalmayıb. Hakimlər Komitəsinin dağdan ağır sədri artıq məsələyə öz yekə nöqtəsini qoyub. Açıq-aşkar bildirib ki, penalti epizodundan hakim səhv qərar verib və buna görə onu cəza gözləyir. Mənim Xaqani Məmmədovu səmimiyyətinə şübhə etməyim üçün bir-neçə əsasım var. Yuxarıda vurğuladığım kimi, əvvəllər o öz hakimlərini belə asanlıqla qurban verməzdi. İkincisi də Məmmədovun Ramosa "mələk donu” geyindirmək çabası, onun Əfrana müdaxiləsini "düşüncəsiz deyil, ehtiyatsız hərəkət” kimi qiymətləndirməsi sıradan olay deyil. Ya vəlvələdən, yə zəlzələdən "Qarabağ”ın perspektivli hücumu əngəllənib. İsmayılov ayağını tutub, yerdə qalmayıbsa, bu Ramosun ona müdaxilə etmədini düşünməyə əsas vermir.
Bəs nə baş verdi ki, Xaqani Məmmədov belə dəyişdi, artıq çox asanlıqla sandığı açır, pambığı kənara tökür? Bundan sonra hakimlərin bütün səhvləri belə asanlıqla mətbuatda etiraf olunacaqmı, cəzalar gizlədilməyəcəkmi? Artıq cənab sədr özü üçün heç də asan olmayacaq situasiya yaratdı. Yaddaşımı vərəqləyirəm, Fariz bəyin o vaxt "Şəfa” adlanan stadionda cərimə meydançasının daxilində baş verən qayda pozuntusuna görə penalti yox, cərimə zərbəsi təyin etməsini xatırlayıram. Həmin vaxt Xaqani Məmmədov belə davranış sərgiləmişdimi? Yox! İndi dəyişibsə, bundan sonra hər turdan, hər səhvdən sonra belə davranmasını gözləyirik. Əksini etsə, onun özünü qorumaq üçün Fariz Yusifovu qurban verdiyini düşünəcəyik. Belə çıxır ki, oyun bitər-bitməz mikrofonlar önünə keçən, hakim idarəçiliyindən şikayətlənən Çingiz Abdullayevin sözləri Məmmədovu bərk həyəcanlandırıb.
Gedişatı izləməyə davam edək. Deyəsən, bura çox maraqlı olacaq...
Amal ABUŞOV, Sport7.az
"Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"
Estevao Villian “Çelsi”də özünü xoşbəxt hiss edir
Coşua Zirkze “Roma”ya keçə bilər
Millimizin Fransa ilə oyunöncəsi açıq məşqi - Şəkillər
İbrahima Konate: “Komandada qalmağım hələ ki dəqiq deyil"
"Liverpul"un sahibləri yeni klub axtarışında
Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu
İtaliya millisi Norveçlə matça itki ilə çıxacaq
"Qalatasaray" Barış Alper Yılmazı göndərməyə hazırlaşır
“Qələbə üçün əlimizdən gələni edəcəyik” - Didye Deşam
Kazemiro "Mançester Yunayted"i tərk edə bilər
"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan imtina etdi
2-ci liqada 4 turun oyun cədvəli məlum oldu
Ronaldonun qırmızı vərəqəsinə etiraz edəcəklər
1-ci liqada 15 oyunun vaxtı açıqlandı
Azərbaycan şahmatçıları dünya çempionatında
İtaliya millisinin sabiq üzvü karyerasını başa vurdu
“Mən Xorvatiyada darıxmıram” - Rüfət Abdullazadə
Qattuzo DÇ-2026-nın seçmə mərhələsindən narazıdır
Türkiyə - Bolqarıstan oyununu yayımlayacaq kanallar
Kukurelya: "Dünya çempionu olsaq, saçımı kəsdirərəm"
Azərbaycan millisində növbəti ciddi itki
Azərbaycanın basketbol millisinin növbəti oyunu
Hədəf dünya çempionluğudur!
Dünyanın ən güclü 20 liqası - Yeni reytinq
Yankoviç Cəbəllüratiq üzərində qələbəyə sevindi
DÇ-2026-nın 30-cu iştirakçısı müəyyənləşdi
Reşford Premyer Liqaya qayıda bilər
"Çelsi" 16 yaşlı futbolçu ilə razılaşdı
Argentina millisindən qələbə
Ronaldo qırmızı vərəqə aldıqdan sonra nə deyib?
Azərbaycan cüdoçusu bürünc medal qazandı
MLS-in təqvimi dəyişdi
Türkiyə millisində itki
Messi Hindistanda sərvət qazanacaq
Klopp "Liverpul"a qayıda bilər
Haalanddan komanda yoldaşlarına burger qonaqlığı - Şəkil
Maktomineylə 4 klub maraqlanır
Dumfris millidən kənarlaşdırıldı
Mbappe də Bakıya gəlməyəcək
"Karvan-Yevlax" öz meydanına qayıdır - Rəsmi