Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası bu gün Avropa çempionatında qrup mərhələsinin II tur matçına çıxıb.
Qol.Az-ın "sporten.az"a istinadən yaydığı məlumata görə, rəqib yarış təşkilatçılarından olan Belçika yığması olub.
Antverpen şəhərindəki "Merksem Lotto Arena" təşkil olunan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. Millimiz ilk setdə 17:25, ikincisində 20:25 hesabı ilə yenilib. Yalnız sonuncu setdə rəqibinə ciddi müqavimət göstərən Bülent Karslıoğlunun komandası sonda məğlubiyyətlə barışmalı olub - 25:27.
Beləliklə, B qrupunda Türkiyədən sonra Belçikaya da eyni hesabla yenilən yığmamız ümidini sabah Macarıstanla keçirəcəyi görüşə bağlayıb. İlk turda Belçikaya 0:3 hesabı ilə uduzan Macarıstan bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyəyə rəqib olacaq. Millimiz yalnız son sınağından qalib ayrılacağı halda, Çexiya, Serbiya, Almaniya və Rumıniyanın yer aldığı D qrupunda 2-ci yeri tutan komanda ilə 1/4 finala vəsiqə uğrunda görüşə çıxacaq. Qrupda sonuncu yeri tutan komanda isə mübarizəni dayandırmalı olacaq.
Avropa çempionatı
B qrupu
19:00. Belçika - Azərbaycan - 3:0 (25:17, 25:20, 27:25)
Hakimlər: Stefano Sezare (İtaliya, Kor van Qompel (Belçika)
Antverpen, "Merksem Lotto Arena"
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı