“Qələbə qazanmaq niyyətindəydik. Təəssüflər olsun ki, alınmadı. Oyunun son dəqiqəsindən qapımıza penalti təyin olundu".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Bildiyiniz kimi, ən kasad heyət bizdədir. Əvəzetmələr edə bilmirik. Rasim Ramaldanovun zədə alması bizə çox pis təsir etdi. Rasim meydançadan çıxdıqdan sonra müdafiədə səhvlər etdik və rəqib penalti qazandı. Məncə, penalti var idi. Növbəti oyunları düşünməliyik. Təcrübəli oyunçularımız zədəli olsa, 16 yaşlı futbolçularla oynayacağıq" - deyə o bildirib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı