Azərbaycan Premyer Liqasının 6-cı turunda "Rəvan"la matçın ertəsi günü paytaxtda səhər məşqinə çıxan "Qəbələ" bir günlük istirahətdən sonra sabah bir araya gələcək.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən turda meydana çıxanların bərpa, digərlərinin tam məşq etdiyi son hazırlıqdan fərqli olaraq sentyabrın 28-də komanda birlikdə çalışacaq. Sabahkı axşam məşqi ilə “Qəbələ” Avropa Liqasının qrup mərhələsinin II turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlığına start verəcək. Roman Qriqorçukun komandasının paytaxtda iki gün məşq etməsi planlaşdırılıb. Sentyabrın 30-da səfərə yollanacaq komanda oyunöncəsi məşqini matçın keçiriləcəyi stadionda gerçəkləşdirəcək.
Xatırladaq ki, II turun “Krasnodar” – “Qəbələ” oyunu oktyabrın 1-də baş tutacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq qarşılaşma “Kuban” stadionunda keçiriləcək.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı