"Layiqli 3 xal qazandıq" – Zenyov

"Layiqli 3 xal qazandıq" – Zenyov
XƏBƏR 26 Sentyabr 2015 / 00:35 3056
-  A +

"Yaxşı oyun alındı. Baxmayaraq ki, meydanın qazonu pis vəziyyətdə idi. Biz layiqli üç xal qazandıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Sergey Zenyov Premyer Liqanın 6-cı turunda "Rəvan"a qalib gəldikləri görüşdən (3:0) sonra deyib.
 
Estoniyalı futbolçu bu qələbənin "Krasnodar"la Avropa Liqasının qrup mərhələsinin oyunu öncəsi komandaya yaxşı motivasiya olacağını bildirib: 

"Krasnodar"la oyun öncəsi bu qələbə bizə yaxşı motivasiya olacaq. Belə qələbələr komandaya lazımdır. "Qəbələ"də hər şey qaydasındadır. Mənim də əhvalım yaxşıdır. Sadəcə bir qədər yorğunam".

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner