"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brardın dəvəti ilə Qəbələdə səfərdə olan hollandiyalı mütəxəssis Vim Yansen akademiyanın məşqçi heyətinə seminar keçib.
Qol.Az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, seminarın birinci hissəsində Yansen Hollandiya yığma komandasının sistemi və bu sistemin necə hazırkı səviyyəyə çatması barədə danışıb.
İkinci hissədə isə məşqçilər futbolda inkişaf imkanları, fərdi bacarığın inkişafı, futbolçuların və məşqçilərin öz üzərlərində işləmək yolları barədə məlumatlandırılıb. Seminarın sonunda akademiya məşqçisi Famil Xəlilov təqdimata və dəyərli məlumatlara görə Vim Yansenə təşəkkürünü bildirib.
Qeyd edək ki, Vim Yansen futbolçu karyerası ərzində "Feyenoord", "Vaşinqton Diplomats" və "Ayaks" kimi klubların formasını geyinib. 65 dəfə Hollandiya milli komandasının heyətində meydançaya çıxan Yansen 1974 və 1978 dünya çempionatlarının final mərhələsinin iştirakçısıdı. Yansen baş məşqçi kimi "Feyenoord", "Seltik" kimi komandaları çalışdırıb.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı