İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhem Aleks Fergüssonun son açıqlamasına münasibət bildirib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Fergüssonun çalışdığı ən yaxşı futbolçular sırasında onun adını söyləmədiyi üçün təəssüflənmədiyini deyib:
"Fergüsson mənim karyeram ərzində çalışdığım ən yaxşı baş məşqçi idi. "Mançester Yunayted"də komandamın uğur qazanması üçün əlimdən gələni etdim. Fergüssonla razılaşıram. Mən dünya səviyyəli futbolçu deyildim".
Qeyd edək ki, A.Fergüsson karyerası ərzində çalışdığı ən yaxşı futbolçular Erik Kantona, Paol Skoulz, Rayan Giggs və Kriştiano Ronaldo olduğunu deyib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı