"Selta Viqo"lu futbolçuları təbrik edirəm. İkili mübarizələrin hamısında qalib gəldilər və qollar vurdular. Rəqib çox yaxşı oynadı".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike "Selta Viqo"ya uduzduqları oyundan sonra deyib.
İspaniyalı mütəxəssis bu mövsüm çempion olmağın çətinliyindən danışıb: "Komandam da yaxşı oyun sərgilədi. Görüş ərzində 6-7 qol imkanımız oldu. Lakin bundan yararlana bilmədik. Hücumda ötən mövsümdəki kimi effektli deyilik. Hərçənd komandada son nöqtəni qoyacaq çox futbolçumuz var. "Selta Viqo" daha cəsur oynadı. Bu məğlubiyyət cari mövsüm çempionluğun daha çətin olacağını göstərir".
Qeyd edək ki, "Barselona" La Liqanın 5-ci turunda səfərdə "Selta Viqo"ya 1:4 hesabı ilə uduzub.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı