Azərbaycan Premyer Liqasının 6-cı turunda baş tutacaq “Qarabağ” – “Neftçi” oyununun məkanı və başlama saatı hələlik müəyyənləşməyib.
Qol.Az-ın məlumatına görə, buna səbəb matçın harada keçiriləcəyinin bilinməməsidir.
“Qarabağ” “Neftçi”ni Suraxanıda yeni inşa olunan öz stadionunda qəbul etmək istəyir. Lakin PFL-in prezidenti Ramin Musayev ötən gün mətbuata açıqlamasında sözügedən stadionun “Neftçi” ilə oyuna hazır olmadığını bildirib.
PFL rəhbərinin qeyd etdiyi çatışmazlıqlar iki gün müddətində aradan qaldırılsa, görüşün “Qarabağ” Arena”da keçirilməsi mümkündür. Əks halda qarşılaşma “Dalğa Arena”da baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı sentyabrın 26-da keçiriləcək.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı