​UEFA-dan azərbaycanlı hakim-inspektora yeni təyinat

​UEFA-dan azərbaycanlı hakim-inspektora yeni təyinat
XƏBƏR 24 Sentyabr 2015 / 13:09 3628
-  A +

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.


Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, Xudiyev Avropa Liqasının qrup mərhələsində II turun "Beşiktaş" (Türkiyə) - "Sportinq" (Portuqaliya) matçında hakimlərin işinə qiymət verəcək.

Oyun oktyabrın 1-də İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda keçiriləcək. Görüşün hakimləri hələlik məlum deyil.

Daha öncə Orxan Hüseynzadənin "Rubin" (Rusiya) - "Bordo" (Fransa) matçında UEFA nümayəndəsi olacağı AFFA tərəfindən açıqlanıb.
Azərbaycan klublarına gəldikdə, eyni gündə "Qəbələ"nin Rusiya "Krasnodar"ı ilə səfər qarşılaşmasında Elmir Pilav (Bosniya və Herseqovina) hakim-inspektor, Sergey İlyiç (Belarus) UEFA nümayəndəsi, "Qarabağ"ın Belçika "Anderlext"i ilə ev oyununda Darko Çeferin (Sloveniya) hakim-inspektor, Oljas Abrayev (Qazaxıstan) UEFA nümayəndəsi olacaq.

Son xəbərlər