Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə 4-cü mərhələyə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, iştirakçılar bu dəfə Qəbələ - Ağdaş - Yevlax - Mingəçevir marşrutu üzrə yarışın ən uzun mərhələsində hərəkət edərək 205 km məsafə qət ediblər və Bakı-2015 ilk Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının keçiriləcəyi "Kür" bazasının qarşısında finiş xəttini keçiblər.
Ötən gün dağ mərhələlərində daha uğurlu nəticə göstərərək qırmızı rəngli "AZAL" köynəyini ələ keçirən komandamızın üzvü Aleksandr Surutkoviç bü üstünlüyünü qoruyub və yenidən fəxri kürsüyə qalxıb. Sabah keçiriləcək sonuncu mərhələyə bu köynəklə başlayacaq velosipedçimiz, liderliyi qorumaq üçün çalışacağını deyib:
"Dünənki ağır mərhələdən sonra taktikamız belə idi ki, bu gün özümü çox yormamaqla liderliyi saxlayım. Çünki, sabah bizi ağır gün gözləyir. Nəyin bahasına olursa-olsun, bu köynəyi komandama qazandırmaq üçün əlimdən gələni edəcəyəm".
4-cü mərhələnin qalibinə gəlincə, məsafəni hamıdan tez qət edən İsrailin "Cycling Academy Team" komandasının üzvü Daniel Turek 4 saat, 13 dəqiqə, 56 saniyə nəticə ilə mərhələ qalibi olub. "Synergy Baku" üzvlərindən ən yaxşı nəticə Maksim Averinə məxsusdur - o, finiş xəttini 15-ci keçib.
Sprinterlərin mübarizəsində Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kump önə keçməklə yaşıl rəngli "SOCAR" köynəyinə yiyələnib. 4 mərhələdən sonra "Adria Mobil"in üzvü Primoj Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli "Synergy" köynəyini özündə saxlayır. Hazırda ilk 10-luqda "Synergy Baku" komandasının 2 üzvü var - Matey Müqerli 3-cü, Maksim Averin isə 6-cıdır.
Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın "Dukla Praqa" komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb. 4 mərhələdən sonra komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Təmsilçimiz ilk pillədə qərarlaşan "Adria Mobil"a cəmi 42 saniyə uduzur.
Sabah keçiriləcək sonuncu - 5-ci mərhələ Bakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində baş tutacaq və mötəbər yarış öncəsi son sınaq xarakteri daşıyacaq. Start və finiş xətti "Azadlıq Meydanı"nda olacaq bu mərhələdə iştirakçılar paytaxt küçələri ilə ümumilikdə 144 km məsafə qət edəcəklər. Saat 10:45-də startı veriləcək sonuncu mərhələnin 14:00-da başa çatması planlaşdırılır. Yeri gəlmişkən, televiziya tamaşaçıları saat 12:45-dan etibarən 5-ci mərhələni "Eurosport-2" və "İdman Azərbaycan" kanalları vasitəsilə canlı izləyə bilərlər.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı