“Umarovun hərəkətinə münasibətim çox pisdir. Çox təəssüflənirik ki, bu cür hərəkəti bizim futbolçumuz etdi. Əgər o, bu hərəkəti “Qarabağ”ın heyətində etsəydi, yenə bağışlamaq olardı. Amma milli komandanın heyətində bunu etmək qəti bağışlanmazdır”. Bu sözləri Qol.Az-a Azərbaycan (U-21) - Avstriya (U-21) milliləri arasında keçirilən Avropa çempionatının seçmə qrup oyununun 88-ci dəqiqəsində kobud səhv edərək komandamızı qələbədən edən Osman Umarovun hərəkətinə münasibət bildirən “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib. Çəlikəl futbolçusunun hərəkətinin bağışlanmaz olduğu və onun mütləq cəzalanacağını bildirib: “Cəza mütləq olacaq. Sadəcə, onun miqyası haqqında indi bir söz deyə bilməyəcəm. Sabah və ya birisigün klubun həftəlik iclası keçiriləcək. Həmin iclasda ilk olaraq elə Osmanın məsələsinə baxılacaq. Onu deyə bilərəm ki, qapıçı cəzalanacaq, özü də çox pis şəkildə”.
Klub rəsmisi “ola bilərmi ki, futbolçunuz bu hərəkəti bilərəkdən etsin, ya da onun psixoloji durumu yerində olmasın” sualına isə belə cavab verib: “Bilərəkdən o cür hərəkət etməsini fikirləşmək belə istəmirəm. Bu, artıq çox böyük bir xəyanətdir. Burada mütləq bir səbəb var və həmin səbəb də araşdırılıb tapılmalıdır. Oyunun 88-ci dəqiqəsi gedir, komandamız rəqib önündə üstündür. Belə bir vəziyyətdə heç bir səbəb olmadan rəqibi vurmaq nə nəticədə komandanı qələbədən etmək... Yəni, mən buna anlam verə bilmirəm. Milli komanda məhz Osmanın hərəkətinə görə uduzdu. Hər kəs kimi, biz də bunu çox gözəl başa düşürük və dediyim kimi o, klub tərəfindən öz cəzasını alacaq”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu