Bu gün “Azərxalça” ASC ilə “Qarabağ” Futbol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb.
QOL.az-ın xəbərinə görə, bununla təşkil olunan tədbirdə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov, “Qarabağ” klubunun prezidenti Tahir Gözel, baş direktor Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov və komandanın futbolçuları iştirak ediblər.
“Azərxalça” ASC-nin sədri Emin Məmmədov “Qarabağ” komandasının Avropada uğurlu nəticələrindən söz açıb, böyük klublarla bir səviyyədə oyun nümayiş etdirdiyini deyib. O bildirib ki, bu uğurların arxasında ciddi iş, zəhmət dayanır.
Emin Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi qurumun məqsədlərindən biri də Qarabağ adını, Azərbaycanın mədəni irsini dünya muzeylərində təqdimat və sərgilərlə tanıtmaqdır. “Əminəm ki, biz “Qarabağ” klubu ilə birgə gözəl layihələr həyata keçirəcəyik” - deyə E.Məmmədov vurğulayıb.
“Qarabağ” klubunun prezidenti Tahir Gözel “Azərxalça”nın gördüyü müsbət işlərdən, bu qurumun mədəni irsimizin qorunmasındakı rolundan danışıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çıxışında Azərbaycanın xalçaçılıq sənətindəki inkişafdan sevindiyini deyib. “Xalçaçılıq Azərbaycanın simvollarından biridir və onu qoruyub saxlamaq hər birimizin borcudur” - deyən Q.Qurbanov “Azərxalça” kollektivinə, xalçaçılıq sənətini yaşadan Azərbaycan xanımlarına təşəkkür edib.
Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı