Neymar milliyə çağırılmamasından danışdı

Neymar milliyə çağırılmamasından danışdı
DÜNYA FUTBOLU 17 Mart 2026 / 12:05 2241
-  A +

Uzun müddət Braziliya millisinin liderlərindən olan Neymar yığmaya çağırılmamasına münasibət bildirib.

QOL.az xəbər verir ki, o, GE nəşrinə açıqlamasında deyib ki, bu qərardan məyus olsa da, ruhdan düşməyəcək:

“Milliyə çağırılmamağım məni məyus etdi və kədərləndirdi. Amma diqqətimi özümə cəmləmişəm. Məşqdən-məşqə, oyundan-oyuna daha yaxşı olmalıyam. Məqsədimə çatacam. Hələ dünya çempionatı üçün yekun heyət açıqlanmayıb”.

Qeyd edək ki, 79 qolla Braziliya millisində bütün zamanların ən çox qol vuran oyunçusu olan Neymar 2023-cü ilin oktyabr ayında sol dizində menisküs zədəsi aldığı vaxtdan bəri yığmada oynamayıb. 


Qarabağ FK
Son xəbərlər
29.08.26  01:45

PSJ yenə büdrədi

topaz banner