“D” lisenziyalı məşqçi kursları keçiriləcək

“D” lisenziyalı məşqçi kursları keçiriləcək
XƏBƏR 16 Mart 2026 / 17:40 565
-  A +

AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun 17-19 mart 2026-cı il tarixlərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə növbəti “D” lisenziyalı məşqçi kursları keçiriləcək.

QOL.az xəbər verir ki, təcrübəli təlimatçılar müraciət edənlər arasından seçilmiş 25 iştirakçıya nəzəri və praktiki dərslər keçəcək, öz biliklərini onlarla bölüşəcəklər.

Kursun sonunda təlimləri uğurla başa vuran iştirakçılara AFFA-nın “D” lisenziyaları veriləcək, tədris və təşkilati işlərdə fərqlənənlərə Bakı Futbol Federasiyasının təşəkkürnamələri təqdim olunacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.06.26  17:29

DÇ-2026-nı buraxacaq

16.06.26  16:47

Bernardo Silva "Real"da

topaz banner