“Qələbədə əməyimin olduğuna görə çox şadam. Bu uğurda rol oynamaq çox xoşdur. Amma həmişə demişəm, yenə təkrarlayıram - kimin qol vurmasının heç bir fərqi yoxdur, əsas qələbə qazanmaqdır”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün millimizin məşqindən öncə komandamızın Lixtenşteynlə oyunda vurduğu ilk qolun müəllifi Vaqif Cavadov jurnalistlərlə görüşündə deyib. Gənc hücumçu bildirib ki, növbəti rəqib - Rusiya millisi çox güclüdür: “Bu gün elə bir komanda yoxdur ki, meydana qələbə üçün çıxmasın. Biz də Rusiya qarşısına 3 xal üçün çıxacağıq. Təbii ki, bunun çox çətin olduğunu bilirik. Çünki Rusiya millisi dünyanın ən güclü komandaları sırasındadır. Bununla belə onlara qarşı bütün gücümüzlə meydanda mübarizə aparacağıq. Güclü komandayla oyunda hamı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Mən də çalışacağam ki, əlimdən gələni edim və komandamın uğurunda yenə də pay sahibi olum. Rusiyada bir neçə dəfə çıxış etsəm də, bu ölkəyə qarşı hansısa prinsipiallıqdan söhbət gedə bilməz”.
V.Cavadov Lixtenşteynin qapısına vurduğu qol barədə də danışıb: “Qol epizodundakı kombinasiyanı əvvəldən hazırlamamışdıq. Düzdür, məşqlərdə belə epizodlar üzərində çalşırıq. Amma desəm ki, həmin kombinasiya “ev tapşırığı” idi, yalan olar. Rəşada da təşəkkür edirəm ki, həmin epizodda mənə ötürmə verdi. Çünki o özü də qapıya zərbə vura bilərdi. Hesab edirəm ki, həm kombinasiya, həm də qol həqiqətən də gözəl idi. Meydana hücumçu və ya sol cinah yarımmüdafiəçisi kimi çıxmağın mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, start heyətində olum”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu