19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamın affa.az saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis millimizin Avropa çempionatında elit raunda vəsiqə qazanmasından və gələcək planlardan danışıb.
- Elit-raunda vəsiqə qazanmağınız münasibəti ilə təbrik edirik. Əvvəlcə qrupun son oyunu haqda fikirlərinizi bilmək istərdik.
- Birinci hissədə uşaqlar yüksək səviyyədə çıxış etdilər. Bununla da onlar futbol oynamağı bacardıqlarını sübuta yetirdilər. Təəssüflənirəm ki, seçmə mərhələ çərçivəsində yalnız bir hissədə oyunumuz belə yaxşı alındı. Xüsusilə qeyd etmək istərdim ki, oyunun ikinci hissəsində edilən əvəzetmələrdən sonra meydandakı futbolçularımızdan 6 nəfəri 1997-ci il təvəllüdlülər idi. Bu o deməkdir ki, həmin futbolçulardan gələn il keçiriləcək növbəti seçmə mərhələnin oyunları zamanı da istifadə etmək mümkün olacaq.
- Fasilədən sonra birinci hissənin davamı niyə gəlmədi?
- Bunu indi deyə bilməyəcəm. Ola bilsin, ikinci hissənin əvvəlində qol buraxdıq. Bu qoldan sonra bəlkə də uşaqlarda gərginlik yarandı. Önəmlisi odur ki, onlar qələbə hesabını qoruya bildilər. Unutmayaq ki, Sloveniya yığması da güclü rəqibdir.
- Macarıstan və Slovakiya ilə oyunlarda komandadan narazı qaldığınızı bildirdiniz. Bu müddət ərzində bunun səbəbini araşdıra bilmisinizmi?
- Səbəblərdən biri uşaqların çox əsəbi olması idi. Digər tərəfdən insan nəyisə həddindən artıq istəyirsə, bəzən bu əks nəticə də verə bilər. Sonda onu əldə etməyə çətinlik çəkirsən. Köməkçilərimlə birgə komandanın zəif oyununun səbəblərini araşdırdıq. Son məşqimizi də bunun əsasında qurduq. İki ötürməli çalışmalara çox yer verdik.
- Futbolçular arasında böyük ümidlər bəslədiyiniz, amma bunun əksini sizə qaytaranlar necə, oldumu?
- Futbolçuların yarısı 1997-ci il təvəllüdlülərdir. Bu yaşda belə hallarla rastlaşmaq mümkündür. Bu gün yaxşı oynayanlardan bir neçəsinin adını qeyd etmək istəyirəm. Məsələn, mərkəz müdafiəçimiz Yusif Nəbiyev ilk 2 matçda iştirak etmədi, amma bu gün meydanda idi. Yusif qırmızı vərəqə aldığından ona şans verdik. O da özünü yaxşı tərəfdən göstərdi, çünki 3 mövqedə rahat oynaya bilir. Yusif müdafiənin mərkəzində, sol cinahında və yarımmüdafiənin solunda çıxış etmək qabiliyyətinə malikdir. Buna görə “Qəbələ”nin məşqçilərinə təşəkkür düşür. Çünki bu işlə klublar məşğul olur. Fəhmin Muradbəylini götürək. Sağ cinah müdafiəçimiz zədələndi və ehtiyatda bu mövqedə çıxış edəcək futbolçumuz yox idi. O, müdafiənin cinahında özünü göstərə bildi.
- İlkin seçmə mərhələnin oyunları hansı səhvləri aşkarladı və bu səhvlərdə futbolçuların və məşqçilər korpusunun payı nə qədərdir? Elit-raundda nəyə ümid eləmək olar?
- Elit-raundla bağlı bir söz deyə bilmərəm. Çünki dekabrın 31-də müqaviləm başa çatır. Şadam ki, futbolun inkişafı üçün bir iş görmüşük. Mükəmməl insan yoxdur. Hər kəsin səhvləri olur. Biz bütün müzakirələrə açığıq.
- Bəs komandaya bələd olan biri kimi nə deyə bilərsiniz?
- UEFA-nın saytına nəzər yetirdim və hansı komandaların mərhələ adladığını gördüm. Almaniya, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Hollandiya kimi güclü komandalar mübarizəni davam etdirəcəklər. Futbolda isə hər şey mümkündür. Həm də ən azından futbolçular müəyyən nəticə topladılar. Uğur odur ki, futbolçularımız bir addım da irəliləyib belə top komandalarla oyunlara çıxacaq və təcrübələrini artıracaqlar. Turnir müddətində həm meydanda, həm də meydandan kənarda qarşılaşdığın çətinliklə məşq prosesində heç vaxt rastlaşmırsan. Bu baxımdan komandamız bunu gördü, yaşadı. Bu futbolçulardan bəziləri 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarında da iştirak edə bilərlər. Orda təzyiq daha da çox ola bilər. Futbolçular indidən buna alişirlar.
- İlk dəfədir ki, U-17 və U-19 eyni mövsümdə elit-raunda vəsiqə qazanıb. Bu gələcəyə ümidlə baxmağa əsas verirmi?
- Bu gün sevindirici haldır ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış edir, U-17 ən yaxşı “üçüncülər”dən biri, biz isə ikinci pillənin sahibi kimi elit-raunda yüksəldik. Amma bu, hər şeyin mükəmməl olduğu anlamına gəlməməlidir. Görüləsi işlər çoxdur. Ən əvvəl məşq meydançaları çox olmalıdır. Böyük stadionları demirəm. Təbii ki, Gəncə kimi şəhərdə də yaxşı stadion olmalıdır. Futbol təhsilinə, tibbinə diqqət yetirilməlidir. Bəzən insanlar uğur qazananda özlərini itirirlər, amma belə etməməliyik. Əksinə, oturub nəyin düzgün olmadığını tapmalı və düzəltməliyik. İki komandamız elit-raunda vəsiqə qazansa da, çatışmazlıqları tapmalı, futbolumuzu daim inkişaf etdirməliyik.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib