AFFA İcraiyyə Komitəsinin üzvündən Foqtsa dəstək

AFFA İcraiyyə Komitəsinin üzvündən Foqtsa dəstək
GÜNDƏM 14 Oktyabr 2014 / 17:05 6200
-  A +

"İstefasının əleyhinəyəm"



AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində Xorvatiyaya 0:6 hesabı ilə uduzduğu oyun barədə danışıb.

Qol.Az-ın "futbolxeber.az"a istinadən verdiyi məlumata görə, M.Məmmədov Foqtsun postunda qalmalı olduğunu bildirib:

"İtaliyaya qarşı millimiz normal oynamışdı. Odur ki, Xorvatiya ilə oyundan bu cür yenilgi gözləmirdik. Komandamız dünən çox zəif çıxış etdi. Bununla belə, hazırkı vəziyyətdə Foqtsun istefasının əleyhinəyəm. Çox çətin qrupa düşmüşük. Məğlubiyyət hamımıza çox pis təsir etdi. Gəlin, tələsməyək. Mərhələnin sonunu gözləyək. İndiki halda baş məşqçi dəyişikliyinə ehtiyac görmürəm".
 

Daha çox


Son xəbərlər