Azərbaycan I divizionun VI turunun “Kəpəz” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun futbolçusu Məmmədov Rəmzinin sənədlərinin saxta olması aşkar edilib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, futbolçuya və kluba lazımı sənədləri təqdim etmək üçün müddət verilsə də, qeyd olunmuş vaxta kimi sənədlər təqdim olunmayıb.
İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçın protokolunda “Kəpəz” klubunun etirazını nəzərə alaraq Azərbaycan I divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən “Mil-Muğan” klubunun 6 oyunun hamısında 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 1000 manat cərimə olunub.
“Mil-Muğan” klubunun futbolçusu Rəmzi Məmmədovun AFFA və PFL-in bayrağı altında keçirilən bütun yarışlara 1 illik qadağa qoyulub və klub 1000 manat cərimə olunub.
Xatırladaq ki, bundan əvvəl “Mil-Muğan” "Turan-T" ilə matçda limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verib, klub 1000 manat cərimə olunub.“Mil-Muğan” ın baş məşqçisi Mətləb Məmmədovun saxtakarlığa yol verdiyinə görə 12 aylıq futbol fəaliyyətindən kənarlaşdırılıb və klub 1000 manat cərimə olunub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?