Emeqara rəsmən "Qarabağ"da
İsveçrəli futbolçu İnnosent Emeqaranın "Qarabağ"a keçidi rəsmiləşib.
Qol.Az-ın məlumatına görə, bu haqda hücumçu özü "Futbol+" qəzetinə açıqlamasında deyib.
Ağdam klubu əslən nigeriyalı olan 25 yaşlı futbolçu ilə 3 ay+2 il sistemi ilə müqavilə imzalayıb. Emeqara ilin sonuna qədər özünü doğrultsa, onunla yeni 2 illik müqavilə imzalanacağı gözlənilir. O, "Qarabağ"da 8 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Emeqara İsveçrənin “Sürix”, “Qrashoppers”, Fransanın “Lorient”, İtalyanın “Siena” klublarında oynayıb. Onun son klubu 2013/14 mövsümündə İtaliyanın başqa bir təmsilçisi “Livorno” olub.