Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "İnter" klubu baş məşqçisi Valter Matsari ilə yollarını ayıra bilər.
Qol.Az-ın "IL Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, komandanın A Seriyasında uğursuz çıxışı rəhbərliyi narazı salıb.
A Seriyasında ardıcıl "Kalyari" (1:4) və "Fiorentina"ya (0:3) uduzan "İnter"in çalışdırıcısı üçün "Napoli" ilə görüşün son şans olduğu bildirilir. Milan təmsilçisinin bu görüşdə də məğlub olacağı təqdirdə Matsarinin komandadan qovulacağı iddia edilir.
Qeyd edək ki, A Seriyasından fərqli olaraq "İnter"in Avropa Liqasında işləri yolunda gedir. Komanda ilk görüşündə səfərdə "Dnepr"ə 1:0, evdə "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlib.
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi