“Azard bizim Messimizdir”
“Bizim komandamız gənclərdən qurulub. Ancaq böyük gələcək vəd edən komandayıq. Mourinyo ilə çox yaxşı münasibətim var. Premyer Liqaya çoxdan qayıtmaq istəyirdim”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Çelsi” klubunun futbolçusu Sesk Fabreqas deyib.
O, komanda yoldaşı Eden Azard haqa da xoş sözlər söyləyib: “Azard yarımmüdafiə xəttində olduğu kimi hücumda da komanda üçün faydalıdır. O, bizim Messimizdir”.