“Neftçi” və “Qarabağ” ilk oyunu harada oynayacaq?

“Neftçi” və “Qarabağ” ilk oyunu harada oynayacaq?
GÜNDƏM 9 Avqust 2014 / 01:30 11679
-  A +

Dünənki püşkün nəticəsinə əsasən, “Neftçi” və “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-i Bakıda, təkrar oyunlarını isə avqustun 28-də səfərdə keçirməli idi.

Qol.Az-ın xəbərinə görə, hər iki komandanın ilk matçı eyni günə və eyni məkana təsadüf etdiyindən qitənin ali futbol qurumu komandalarımızdan birinin ilk oyununun yerini dəyişdirib.

UEFA qərarına görə, "Neftçi" ilk oyununu səfərdə, "Qarabağ" isə püşkün nəticəsinə uyğun olaraq  evdə keçirəcək.

Xatırladaq ki, püşkün nəticəsinə əsasən, “Qarabağ” Hollandiyanın “Tvente”, “Neftçi” isə Serbiyanın “Partizan” komandası ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər