"Düzü, "Zalsburq"la ilk oyunda "Qarabağ"dan qələbə gözləmirdim. Ancaq komandamız əzmkar oyunu ilə qalib gəldi. Həqiqətən "Qarabağ" çox gözəl oyun nümyiş etdirdi".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib.
"Qarabağ"ın mərhələ keçmək şansının az olmadığını bildirən təcrübəli mütəxəssis rəqib "Zalsburq" komandasını da də yüksək qiymətləndirib: "Məncə, "Qarabağ" səfər matçında müdafiədən oynayacaq. İnanmıram ki, komandamız açıq futbol oynasın. Rəqib elə komandadır ki, "Qarabağ" açıq futbol oynasa, nəticə çox acınacaqlı olar. Ona görə də qapalı oynayıb, əks hücumlara bel bağlamaq lazımdır. "Zalsburq" yaxşı komandadır. Onlar da cavab matçına ciddi hazırlaşırlar. Reynaldo və Telinin cavab matçında olmaması "Qarabağ"ın oyununa çox yox, bir az mənfi təsir göstərə bilər".
Y.Hüseynov "Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsinin "Çixura" ilk oyunundan (0:0) və komandamızın növbəti mərhələyə yüksəlmək şanslarından da danışıb: "Neftçi" "Çixura"ya qalib gəlməli idi. Hamı kimi mən də komandamızdan ancaq qələbə gözləyirdim. Əfsuslar olsun ki, bu, baş vermədi. Ancaq "Neftçi"nin qol vurmaq imkanları çox oldu. İnanıram ki, "Koper"lə cavab matçında olduğu kimi bu dəfə də "Neftçi" əzmkar oyunu ilə qalib gəlib, mərhələni keçəcək. Ancaq bu, çox çətin olacaq. Çünki "Çixura" da oynamağı bacarır.
"Neftçi"nin hücum xəttində problem var. Həm "Koper", həm də "Çixura" ilə oyunda hücum xəttində çatışmazlıqların olduğu göründü. "Neftçi" əvvəllər komanda şəklində oyun göstərirdi. İndi isə futbolçular fərdi utalıqlarını nümayiş etdirməyə çalışır. Son oyunda bu, özünü daha çox göstərdi. Futbolçular 1-2 rəqibini aldatmamış ötürmə vermək istəmirdi. Bu da komandanın qeyri-stabil çıxışına səbəb olur".
Y.Hüseynov sonda hər iki komandamızın mərhələ keçməyə qadir olduğunu əlavə edib: "Komandalarımızın mərhələ keçmək şansı var. "Zalsburq"un ölkə çempionatının son oyununu izlədim. Onlar 5-6 əsas futbolçusuna istirahət vermişdilər. Deməli, "Qarabağ"dan çəkinirlər. Komandamıza səfər oyununda heç olmasa bir qol vurmaq lazımdır. Qol vura bilsək, mərhələni keçməyimiz çətin olmayacaq. "Zalsburq" o dərəcədə də güclü komanda deyil ki, rəqibdən çəkinək. İlk oyunda "Qarabağ" sübut etdi ki, "Zalsburq"a qalib gəlmək gücündədir. Sadəcə cavab matçında çox diqqətli olmaq lazımdır".
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu
Məhkəmə qərar verdi: PSJ Mbappeyə təzminat ödəyəcək
"Xankəndi" 6 qolla qalib gəldi
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
"Neftçi"nin legioneri milliyə çağırıldı
"Qəbələ"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Volkanı Metin əvəzlədi
"Dörd aydır maaş almırıq, ayıb deyil?"
Brendan Rocersin yeni klubu açıqlandı
"Mançester Siti" onu nişan alıb
Mareska gedir, Xavi gəlir
Rüstəm Əhmədzadənin yubiley oyunu
"Azərbaycanda məşqdən sonra qutab yeməyə gedirik"
Azərbaycan Premyer Liqasında 10-cu ukraynalı baş məşqçi
18 ildən sonra
Jardim istefa verdi
“Qarabağ”a qalib gələn klubun 5 ulduzlu yeni bazası - Video
Belçika millisinin üzvü "Milan"la müqaviləni uzatdı - Rəsmi
Babək Quliyev Konfrans Liqasının oyununda
İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu
Taliska başladı, Asensio bitirdi - Video
“Old Trafford”da 8 qol vuruldu
Turun son qalibi “Roma” oldu
Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
“Fənərbaxça” “Konyaspor”u darmadağın etdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər