“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev müsahibə verib. Təcrübəli mütəxəssis ilk öncə bu gün son mənzilə yola salınan veteran futbolçu Ələkbər Məmmədov haqda danışıb:
- Nə qədər başımız qarışıq olsa da, bura gəlmək hər birimizin borcudur. Azərbaycan futbolunun karifeylərindən birini itirdik. Ələkbər Məmmədov böyük futbolçu idi. Hər kəsin də borcudur ki, bu gün onun son mənzilə yola salınmasında iştirak etsin. Bu gün biz veteran futbolçularımıza qarşı biganəlik nümayiş etdirsək, sabah bizi də heç kim yada salmayacaq. Mən onun ailəsinə, bütün yaxınlarına başsağlığı verirəm. Qəbri nurla dolsun. Ələkbər Məmmədovun çox rəngarəng karyerası olub. Yaşca ondan kiçik olanlar daim mərhum futbolçumuzdan nəsə öyrəniblər. Adicə onunla ayaqüstü söhbət edəndə, mən nəsə yeni bir şey öyrənirdim. Ondan öyrənəsi şeylər hələ çox idi.
- Qarşıda “Neftçi”ni “Çixura” ilə mühüm oyun gözləyir...
- Ayın 7-si səfərdə “Çixura”yla qarşılaşacağıq. Bu oyuna çox ciddi şəkildə hazırlaşırıq. Oyundan 1 gün əvvəl səfərə çıxacağıq. Məqsədimiz səfərdə uğur qazanmaqdı.
- İlk oyunda rəqib müdafiəyə tam qapandı. Böyük ehtimalla, cavab oyununda da eyni taktika ilə oynayacaqlar. Onların taktikasına qarşı yeni variant fikirləşmisiz?
- Orada tam fərqli taktika olacaq. “Koper”lə səfər oyununda da fərqli tatika ilə oynadıq. Amma unutmayaq ki, bu mərhələyə kimi irəliləyən komanda zəif olmur. Onlar da bizi tam analiz ediblər. Bu səbəbdən də taktikanı dəyişməliyik. Elə oyun qurmaq lazımdı ki, rəqibi sənin əlini “oxuya” bilməsin. Çalışacağıq ki, onların etdikləri bütün analizlər boşa getsin.
- “Çixura” ilə Bakıdakı oyundan sonra iki komandanın azarkeşləri arasında insident yaşandı. Bu məqam “Neftçi”ni cavab oyununa daha da motivasiya edir?
- Məni qorxan görmüsünüz? Nə vaxt məni qorxan görsəniz, “Neftçi”ni də qorxmuş görərsiz. “Neftçi”nin nə oyunu var, onu da meydanda göstərəcək. Heç kimdən, heç nədən qorxmuruq.
- Gürcüstandakı oyundan sonra həftəsonu Premyer Liqanın ilk turunda Naxçıvana səfər edəcəksiniz. 3 gün sonra isə Qəbələdə komandanı “Qarabağ”la Superkubok oyunu gözləyir. Qrafikin sıxlığı “Neftçi”yə problem yaratmayacaq?
- Həqiqətən də çox sıx qrafik də oynayacağıq. Amma bunu da problem hesab etmirəm. Çünki indi heyətimiz daha genişdir. Əlimin altında lazımı qədər futbolçu var. Ola bilər ki, Naxçıvanda fərqli heyətlə meydana çıxaq, “Qarabağ”a qarşı tam fərqli heyətlə mübarizə aparaq. İnşallah, Avroliqada play-offa yüksəlsək, lazım gələrsə həmin oyun üçün də fərqli heyət meydana buraxarıq. Çəkinəcək yerimiz yoxdur.
- “Çixura” ilə qarşılaşmadan sonra Nikolas Kanalesin “Neftçi”yə qayıdışının mümkün olduğunu demişdiniz. Çilili hücumçunu nə vaxt komandada görə biləcəyik?
- Əgər, qrup mərhələsinə düşsək, Kanales komandaya qayıdacaq.
- Ancaq qrup mərhələsinə düşdükdən sonra?
- Bəli, elə bu səbədən də vuruşuram ki, qrup mərhələsinə düşüm.
- Nfor “Koper”lə səfər, eləcə də “Çixura”yla ev oyununda lazımı səviyyədə çıxış edə bilmədi. “Neftçi”nin Gürcüstandakı oyuna Nforsuz başlaması mümkündür?
- Nfor istənilən səviyyədə oynamırsa, deməli günah bizdən ötüb. Bu gün “Neftçi”nin heyəti olduqca genişdir. Hər mövqe uğrunda güclü rəqabət var. Olmayacaq Nfor, olacaq Ruslan, olmayacaq Ruslan, olacaq bir başqası. Yəni heyət baxımından narahat deyilik.
Mənbə: Futbolxeber.az
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video