Milli komandamızın məşqçisi Aslan Kərimov "Qarabağ" və "Neftçi"nin avrokuboklardakı çıxşlarını dəyərləndirib.
"Qarabağ"ın sabiq kapitanı Qol.Az saytına açıqlamasında əvvəlcə Ağdam klubunun Çempionlar Liqasının III təsnifat mərhələsinin "Zalsburq"la ilk oyunu (2:1) haqda danışıb:
"Qarabağ" əzmkar qələbə qazandı. Komandamızın iki futbolçusu qırmızı vərəqə almasaydı, mərhələ adlamaq şanslarını yüksək qiymətləndirərdim. Rəqib nə qədər güclü olsa da, "Qarabağ"ın hücum xəttində potensial var idi ki, cavab matçında bir qolla oyunun taleyini həll etsin. Qırmızı vərəqələrin olması hücum və müdafiə xəttimizi bir az çətinə salacaq. Amma "Qarabağ"ın mərhələ adlayacağına 70 faiz inamım var. Komandamıza bir qol lazımdır ki, "Zaslburq"un işini ikiqat çətinə salsın. İnanıram ki, bu qolu vura biləcəyik. Hansı yolla olur-olsun "Qarabağ" səfərdə bir qol vuracaq. Komandamız buna qadirdir”.
Millimizin sabiq futbolçusu "Zalsburq"un oyununu yüksək qiymətləndirməklə yanaşı "Qarabağ"ın mərhələ adlayacağına inadığını bildirib: "Yəqin bütün azarkeşlər də gördülər ki, "Zalsburq" elə-belə komanda deyil. Müasir futbola üstünlük verirlər. Bütün futbolçular Avropa səviyyəlidir. Bakıdakı qarşılaşmada gördük ki, "Qarabağ"ı çox yaxşı analiz ediblər. "Zalsburq"un baş məşqçisinin "Qarabağ" - "Valletta" matçını canlı izləməsi komandamıza necə ciddi yanaşdıqlarını göstərir. "Zalsburq"un peşəkarlığını göstərən bir cəhət də odur ki, "Qarabağ"ı çox düzgün analiz etmişdilər. Fikir verdinizsə, "Qarabağ"ın top saxlamağına imkan vermirdilər. Top bizim futbolçularda olanda dərhal rəqib pressinq edirdi. Onu da deyim ki, "Zalsburq" "Qarabağ"ı nə qədər düzgün analiz etsə də, sürətli hücum qarşısında aciz qaldı. Onlar bilirdilər ki, Reynaldo öz texnika və sürəti ilə hücumda təhlükəlidir. Ancaq yenə də onun qarşısını ala bilmədilər. Düşünürəm ki, cavab matçında Reynaldonu iki futbolçu əvəz edə bilər. Bunlar Vüqar Nadirov və Muarem Muarem ola bilər. Qurban Qurbanovun oyundan sonrakı açıqlamalarından hiss olundu ki, Vüqarın hazırkı formasından çox razıdır. Zənn edirəm ki, cavab görüşündə hücumun sivri ucunda Vüqar Nadirov çıxış edəcək. Vüqar da sürətdə Reynaldodan geri qalmır. Qeyd etdiyim kimi, komandamız müdafiədə diqqətli olsa, mütləq bir neçə qol imkanımız da olacaq. Bu imkanlardan birini qola çevirə bilsək, demək olar ki, mərhələni adlamış sayılacağıq.
Düşünürəm ki, cavab matçında müdafiəçilərimiz hücuma bir qədər az qoşulacaqlar. Çünki rəqib bu mövqedəki boşluqlardan daha tez istifadə etməyi bacarır. Bu isə o demək deyil ki, hücuma getmək olmaz. Sözsüz ki, qolsuz heç-heçə "Qarabağ"a sərf edir. Ancaq bir qol buraxsaq, ÇL-da mübarizəni dayandıracağıq. Məncə, Qurban Qurbanov müdafiədə diqqətli olmaq, boşluq yaratmamaq və imkan olduqca sürətli əks-hücuma keçmək taktikasını seçəcək. Məncə, müdafiənin mərkəzində Rəşad Sadıqov çıxış edəcək. Çünki başqa alternativ yoxdur. Belə olan halda "Qarabağ"ın işi bir qədər də asan olacaq. Çünki Rəşadın müdafiədən hücuma ötürmə vermək qabiliyyəti çox yaxşıdır. Əgər "Qarabağ" topu bir qədər özündə saxlaya bilsə, həm oyunun tempinə nəzarət edəcəklər, həm də istədikləri vaxt hücum edəcəklər. İstənilən halda "Qarabağ"ın mərhələ keçəcəyinə inanıram. Ən azından səfərdə bir qol vura biləcəyik".
A.Kərimov "Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsinin "Çixura" ilə ilk oyunu (0:0) haqda da fikirlərini bildirib. O, komandamızın ilk oyunda zəif təsir bağışlamasına baxmayaraq mərhələni keçəcəyinə inandığını vurğulayıb: "Neftçi" yenə də qeyri-stabil oyun nümayiş etdirir. "Koper"lə cavab oyunu ilə müqayisədə dünənki qarşılaşmada "Neftçi" xeyli zəif təsir bağışladı. Həmin aqressivlik "Neftçi"də yox idi. Hücum xətti dişsiz görünürdü. Bununla belə, "Çixura" "Neftçi" üçün çətin rəqib ola bilməz. Düşünürəm ki, komandamız səfərdə asanlıqla qalib gəlib, mərhələni adlayacaq".
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Çempionlar Liqasında ilk 1/4 fnalçılar müəyyənləşir
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir