40 yaşında yenidən futbola qayıdır

40 yaşında yenidən futbola qayıdır
GÜNDƏM 29 İyul 2014 / 14:08 5256
-  A +

2011-ci ildə karyerasını başa vuran "Arsenal"ın canlı əfsanəsi Rober Pires yenidən futbola qayıdır.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 40 yaşlı futbolçunun Hindistan superliqasında meydana çıxacağı bildirilir.

Oktyabr ayında başlayacaq və 3 ay davam edəcək Hindistan superliqasında 8 komanda mübarizə aparacaq. Piresin Hindistanın hansı klubunda forma geyinəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Pireslə yanaşı, daha öncə karyeralarını başa vurmuş Fredirix Lyünberq, Luis Qarsiya və Xoan Kapdevilyanın da Hindistan superliqasında oynayacağı bildirilir.

 

Daha çox


Son xəbərlər