Şeydayev "Soçi"nin qələbəsində iştirak etdi

Şeydayev "Soçi"nin qələbəsində iştirak etdi
DÜNYA FUTBOLU 31 Avqust 2026 / 01:35 70
-  A +

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Soçi" Rusiya Birinci Liqasında növbəti qələbəsini qazanıb.

QOL.az xəbər verir ki, 9-cu turda komanda evdə "Çelyabinsk"lə qarşılaşıb. Görüş "Soçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil də bu matça iştirak edib. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. 

Bu nəticədən sonra "Soçi" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Soçi" - "Çelyabinsk" - 2:1

Qollar: Zaxar Federov, 89, 90+7 - Ramazan Hacimuradov, 75-pen


Qarabağ FK
Son xəbərlər
topaz banner