“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Avropla Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Koper”ə uduzsanız da, səfər qarşılaşmasında qalib gələrək mərhələni adlayan tərəf oldunuz. Sloveniyaya hansı ümidlərlə yollanmışdınız?
- “Koper”lə ilk oyunda yaxşı oynasaq da, məğlum olmuşduq. Səfərə isə yalnız qələbə üçün getmişdik. Çalışırdıq ki, mərhələni keçməsək də, qalib gələk. Sübut etmək istəyirdik ki, ən azından “Koper”dən zəif deyilik. Futbolçularımıza minnətdarlıq edirəm, sağolunlar, hamısı yaxşı oynadı. Bunun nəticəsində 2:0 hesabı ilə qalib gəldik.
- “Neftçi”nin mərhələ keçəcəyinə çoxları inanmırdı.
- Mən məhz bizə inanları təbirk edirəm. “Koper” bizə beş qol vurmamışdı ki, ümidimizi itirək. Futbolda iki qol heç nə demək deyil. Əsas odur ki, komandada istək olsun. Biz də kollektiv oyunumuzun sayəsində bu işin öhdəsindən gəldik. Həddindən artıq istəkli olmağımız bizə stimul verdi.
- Start heyətdə meydanda daxil oldun və komandanın vacib qolunu vurmaqla baş məşqçinin etimadını doğrultdun. Ancaq qol vurduqdan sonra sevincin hiss olunmadı.
- Düzdü, çılğın şəkildə sevinmədim. Çünki ilk qolumuz idi. Bizə ikinci qol da lazım idi. Ona görə də bir az soyuqqanlı oldum. Şükürlər olsun ki, komandamın vacib qollarından birini vurdum. Əlbəttə ki, çox sevindim. Ancaq heç vaxt qolu kim vurmağına önəm verməmişəm.
- Baş məşqçiniz Böyüka Hacıyev “Koper”lə ilk oyundan sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, cavab oyununun nəticəsindən asılı olmayaraq istefa verəcək. O, futbolçularla oyunqabağı söhbətində bu sözlərini xatırlatmışdı?
- Xeyr, söhbətimiz olmamışdı. Ancaq mətbuatdan oxumuşdum ki, baş məşqçimiz belə söz deyib. “Koper”lə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlər Böyükağa müəllimi bir qədər sıxıblar. Ola bilər ki, o da hirsindən elə bir ifadə işlədib. Onu deyə bilərəm ki, baş məşqçimiz bizi ikinci oyunda tam qələbəyə kökləmişdi, taktikanı da çox düzgün vermişdi. Nəticədə qalib gəldik. Hazırda baş məşqçimiz bizimlə birgədir. Onun “Neftçi”dən gedib-getməyəcəyi özündən və rəhbərlikdən asılıdır. Böyükağa müəllim sübut etdi ki, “Koper”lə Bakıdakı oyunun nəticəsi təsadüfi olub.
- Növbəti rəqibiniz olan Gürcüstanın “Çixura” klubu isə sizə tanış komandadır.
- Bəli, “Çixura”nı tanıyırıq. Keçən ay təlim-məşq toplanışında bu komanda ilə yoxlama oyunu keçirmişik. Rəqibimiz adlı-sanlı deyil, normal komandadır. Necə deyərlər, bizim “dişimizə” görə bir rəqibdir. Yenə də onların “Bursaspor”la oyunlarını analiz etməliyik. “Çixura” “Bursaspor”u keçibsə, deməli, asan rəqib deyil. Çox ciddi şəkildə oyuna motivasiya olmalıyıq. “Koperlə səfər matçında göstərdiyimiz oyunu nümayiş etdirə bilsək, “Çixura”nı keçmək də bizim üçün problem olmayacaq.
- Ancaq yoxlama oyununda “Çixura”ya uduzdunuz.
- Yoxlama görüşündə tam heyətlə oynamamışdıq. Gənclərə də şans verilmişdi. Həm də rəsmi oyun tam fərqli olur. Sınaq matçında bu rəqibə məğlub olmağımız heç nə demək deyil. “Çixura” bizim üçün normal rəqibdir. Ona görə də hər iki oyunda qələbə qazanmağı düşünürük.
- Rəqib komandanın baş məşqçisi və futbolçuları müsahibələrində bildiriblər ki, “Bursaspor”u keçdikləri üçün “Neftçi” səddini də adlayacaqlarına inanırlar.
- Əlbəttə ki, “Bursaspor”u keçdiyi üçün “Çixura”ya böyük həvəs gəlib. Biz də bundan dərs götürməliyik. Deməli, düşündüyümüz qədər də asan rəqib deyil. “Bursaspor” “Koper”dən güclü komandadır. Ona görə də “Çixura” futbolçuları fikirləşə bilər ki, biz daha güclü komandanı mübarizədən kənarlaşıdırmışıq.
Ramiq AĞAMƏMMƏDOV
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir