Yunanıstan millisinin yeni baş məşqçisi bəlli oldu

Yunanıstan millisinin yeni baş məşqçisi bəlli oldu
GÜNDƏM 25 İyul 2014 / 17:30 2529
-  A +

Yunanıstan milli komandasının yeni baş məşqçisi bəlli olub.

Qol.Az-ın Yunanıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Klaudio Ranyeri çalışdıracaq.

62 yaşlı mütəxəssislə iki müqavilə imzalanıb. Ranyeri bu vəzifədə "DÇ-2014"ün 1/8 finalında Kosta-Rikaya penaltilərlə məğlub olduqdan sonra istefa verən Fernando Santosu əvəzləyib.

Qeyd edək ki, Ranyeri İtaliyada "Kalyari", "Napoli", "Fiorentina", "Parma", "Yuventus", "Roma", "İnter", İspaniyada "Valensiya", "Atletiko" (Madrid) və İngiltərədə "Çelsi"ni çalışdırıb. Onun son komandası isə Fransanın "Monako" klubu olub. 

Daha çox


Son xəbərlər