"Çixura" - "Bursaspor" matçından sonra qalmaqal (FOTOLAR)

"Çixura" - "Bursaspor" matçından sonra qalmaqal (FOTOLAR)
GÜNDƏM 25 İyul 2014 / 11:19 5221
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsində dünən keçirilən "Çixura" (Gürcüstan) - "Bursaspor" (Türkiyə) matçından sonra qalmaqal baş verib.
 
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, oyundan sonra keçirilən mətbuat konfransında "Çixura"nın baş məşqçisi Soso Pruizde və qapıçı Kvilitainin açıqlamaları türkcəyə tərcümə olunmayıb. Bundan sonra gürcü və türkiyəli jurnalistlər arasında mübahisə yaşanıb. Bu zaman gürcüstanlı azarkeşlər və jurnalistlər türkiyəli mətbuat nümayəndələrini döyüb. Dava nətiəcəsində Türkiyənin bir neçə jurnalisti xəsarət alıb.

Yalnız mühafizəçilərin müdaxiləsindən sonra gürcü azarkeşlər və jurnalistlər hadisə yerindən uzaqlaşdırlıb. Türkiyəli jurnalistlər isə ifadələri alındıqdan sonra stadionu tərk ediblər. Baş verən hadisələrə görə "Bursaspor" Gürcüstandan üç saat gec ayrılıb.

Qeyd edək ki, penaltilər seriyasında qalib gələn "Çixura"  Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər