"Qarabağ" - "Valletta" matçının hakimləri dəyişdi

"Qarabağ" - "Valletta" matçının hakimləri dəyişdi
ÖLKƏ FUTBOLU 19 İyul 2014 / 13:42 4181
-  A +

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valetta" (Malta) oyununa hakim təyinatında dəyişiklik edilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı əvvəlcədən nəzərdə tutulduğu kimi Avstriya deyil, Belarus təmsilçisi olan hakimlər briqadası idarə edəcək.

Buna səbəb isə "Qarabağ"ın "Valletta" səddini keçəcəyi təqdirdə növbəti mərhələdə məhz Avstriya təmsilçisi "Zalsburq"la qarşılaşmasıdır.
 
Bu səbəbdən Bakıda keçiriləcək oyunun avstriyalı hakimlər tərəfindən idarə olunması məqsədə uyğun sayılmayıb. Oyunun baş hakimi Sergey Sinkeviç olacaq. Ona Yevgeni Romanov və Vitali Maliutsin yardım edəcək. Denis Şerbakov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Valletta" oyunu iyulun 22-də, saat 21:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır