AZAL İran millisi ilə qarşılaşacaq

AZAL İran millisi ilə qarşılaşacaq
ÖLKƏ FUTBOLU 18 İyul 2014 / 11:44 1862
-  A +

Hazırlıqlarını Boluda davam etdirən AZAL Türkiydə olduğu müddətdə - iyulun 28-nə qədər 5 yoxlama görüşü keçirəcək.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, artıq komandanın yoxlama matçlarındakı rəqiblərinin adlarına da tam aydınlıq gəlib.

AZAL ilk oyununu sabah keçirəcək. Yerli vaxtla saat 18:00-da başlayacaq görüşdə rəqib İranın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası olacaq. Bundan sonra isə 2 dəfə Türkiyə Superliqasının təmsilçisi ilə qarşılaşacaq. İyulun 20-də “Mersin İdman Yurdu”, 23-də isə “Balıkesirspor” AZAL-ın rəqibi olacaq.

Bakı təmsilçisi iyulun 25-də son mövsümün yekunlarına görə Türkiyə Superliqasından  birinci diviziona düşmüş “Antalyaspor” ilə üz-üzə gələcək. Boludakı son matçda rəqib Gürcüstan 1-ci divizionunun (Pirveli Liqa) aparıcı klublarından olan “Kolxeti 1913” olacaq.

Daha çox


Son xəbərlər
topaz banner