İspaniya futbolunun canlı əfsanələrindən olan Raul Qonzales DÇ-2014-ün finalında bu gecə baş tutacaq Almaniya – Argentina oyunu haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, "Real"ın sabiq futbolçusu hər baxımdan Almaniyanı Argentinadan üstün saydığını deyib:
“Əslində dünya çempionatının finalında favorit olmur. Ancaq bu deyim Braziliyada öz qüvvəsini itirdi. Yarimfinal oyununu izləyən hər kəs Almaniyanın favorit olduğunu başa düşməlidir. Almanlar çoxdandır ki, bu anı gözləyirlər. Onların şansı daha çoxdur. Yoahim Lövün komandasında orta xətdə hər kəs qol vura bilir. Müdafiələri də əla təsir bağışlayır. Altı oyunda dörd qol buraxıblar. Məncə, onlar aşkar favoritdir”.
Argentina millisinin Messidən asılı olacağını bildirən təcrübəli ftubolçu bu dəfə onun da işinin asan olmayacağını qeyd edib: “Messi ardıcıl dörd dəfə oyunda yaxşı çıxış etsə də, sonradan formasını itirdi. Almaniya ilə oyunda isə meydanda rahat hərəkət edə bilməyəcək”.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir