"Almaniyaya niyə məğlub olduğumuzu bilmirəm. Mən bu komandanın bir parçasıyam, bunu söyləməkdən utanmıram. Tiaqo Silva, Fred və digər futbolçularla bir komandada oynadığım üçün qürur hissi keçirirəm". Qol.Az-ın xəbərinə görə, bu sözləri Braziliya millisinin hücumçusu Neymar “AS” qəzetinə açıqlamasında deyib.
Komandasının yarımfinalda Almaniyaya məğlubiyyətindən məyus olduğunu bildirən Neymar DÇ-2014-ün finalında Argentina millisinə azarkeşlik edəcəyini vurğulayıb:
“Argentina millisində mənim “Barselona”dakı komanda yoldaşlarım – Messi və Maskerano oynayır. Ona görə də həmin komandaya dəstək olacam. Əminəm ki, ən azı bu iki futbolçuya görə Argentina dünya çempionluğunu qazanmağa layiqdir”.
Gənc hücumçu deyib ki, DÇ-2014-də Kolumbiya ilə matçda rəqib futbolçusu Suniqa onu zədələdikdən sonra üzr istədiyini də söyləyib:
"Amma onurğamdakı sınıq iki sm daha aşağıda olsaydı, əlil arabasına möhtac olacaqdım. Mənim üçün çətin durumdur. Amma indi gəzə bilməyim belə məni sevindirir”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar