AZAL klubunun yeni transferi moldovalı Stanislav Namaşka ölkəsinin mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, təcrübəli qolkiper AZAL-a keçidi və komandasının hədəflərindən danışıb.
- AZAL-a keçidin necə alındı?
- Menecerim mənə AZAL-a keçmək variantımın olduğunu bildirəndə, bu komanda haqda məlumatım yox idi. Daha sonra Bakıya getdim, klubun infrastrukturunu gördüm və məşq prosesini izlədim. Bu, məni heyran etdi. Bakıda insanlar qonaqpərvərdirlər. Şəhərdə tikinti işləri davam edir. Ümumilikdə, şübhəm qalmadı.
- Azərbaycan Premyer Liqası ilə Moldova çempionatını necə müqayisə edərdin?
- İki ölkənin çempionatını müqayisə etmək mənə çətindir. Çünki Azərbaycan Premyer Liqasında hələ rəsmi oyuna çıxmamışam. Sadəcə, yoldaşlıq görüşündə oynamışam. "İnter" və "Qəbələ"nin Avropa Liqasındakı ilk oyunlarını izlədim. Özüm üçün müəyyən nəticələr çıxarmışam. Bir qapıçı kimi məni ilk növbədə Azərbaycanda çıxış edən hücumçuların oyunu maraqlandırır. Yeni mövsümün startına qədər lazımi məlumatları toplayacağam.
- Azərbaycanlı həmkarların haqda nə deyə bilərsən?
- Azərbaycanlı qapıçıların zəif olduğunu düşünmürəm. Çünki Azərbaycan Premyer Liqası güclü çempionatdır. Ancaq yenə deyirəm, mən hələ rəsmi oyuna çıxmadığımdan bu barədə danışa bilmərəm. Azərbaycanlı qolkiperlərdən kimi tanıyıram? Kamran Ağayevi. O, Azərbaycanın bir nömrəli qapıçısıdır. 4 il bundan öncə yığmamızla yoldaşlıq görüşündə Azərbaycan millisinin qapısını məhz Kamran qoruyurdu. Onu həmçinin Avroliqanın ilk oyununda "Qəbələ"nin heyətində gördüm.
- AZAL-ın qarşıdakı mövsüm üçün hədəfləri nədir?
- Klub rəhbərliyinin gələcəklə bağlı böyük planları var. Hazırda uğurlu çıxış etmək üçün yeni komanda qurulur. Komanda yeni mövsümdə layiqli oyun nümayiş etdirəcək və yüksək yerlər uğrunda mübarizə aparacaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi