"Hələ dünya çempionatında qrup mərhələsinin oyunları keçirilən zaman müsahibəmdə Hollandiya, Almaniya, Braziliya və İtaliyanı yarımfinalda gördüyümü demişdim. Qeyd etdiyim komandalardan bu gün yalnız İtaliya mübarizəni dayandırıb".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov deyib.
Bu gün keçiriləcək Braziliya - Almaniya matçı üçün proqnozunu verən təcrübəli mütəxəssis avropalıların finala yüksələcəyini ehtimal edib: "Həmişə Braziliya millisinə azarkeşlik etmişəm. Çox istərdim ki, onlar qalib gəlsinlər. Ancaq mənə elə gəlir ki, Almaniya Braziliyanı məğlub edəcək. Bunu Braziliya millisinin kapitanı Tiaqo Silvanın meydana çıxa bilməməsi ilə əlaqələndirirəm. Neymarın da olmaması komandanın oyununa təsir edəcək. Çünki Neymar ön xətdə rəqib üçün başağrısına çevrilmişdi. Almaniya isə stabil oyunu ilə, futbolçularının fiziki cəhətdən çox güclü olması ilə seçilir. Braziliyanın əvvəlki oyununu görmək olmur. Həmişə Braziliya texnikalı oyunu ilə yadda qalırdı. Bu mundialda isə ancaq nəticəyə oynayırlar".
Y.Hüseynov digər yarımfinal görüşündə Argentinanın Hollandiyaya qalib gələcəyinə inandığını bildirib: "Sabah Argentina və Hollandiya arasında gərgin mübarizə olacaq. Hollandiya stabil oyun sərgiləyir. Ancaq komandanın müdafiə xəttində boşluqlar var. Argentina da çox yüksək səviyyəli komanda deyil. Buna baxmayaraq inanıram ki, Argentina qalib gələcək. Finalda Almaniya və Argentinanı görürəm".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi