"Tiraspol" klubunun hücumçusu Georgi Ovsyannikov Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində evdə məğlub olduqları Bakı "İnter"i ilə görüşdən (2:3) sonra Moldova mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu məğlubiyyətin səbəbləri haqda danışıb və Bakıya qələbə üçün gələcəklərini bildirib:
"Oyun bizim üçün uğurlu alınmadı. Ev oyunumuzda 3 qol buraxdıq ki, bu da həqiqətən çoxdur. Bununla belə, şadam ki, komanda təslim olmadı və iki qolun əvəzini çıxdı. Lakin bu da vəziyyəti dəyişmədi. Məğlubiyyət məğlubiyyətdir".
- Səncə, nəyin hesabına komanda özünə gəldi və fərqi azaltdı?
- Məsuliyyət və azarkeşlərə borclu olduğumuzu hiss etdik. Şəhərimiz və özümüz üçün oynadıq. Heç bir vəziyyətdə adımıza xələl gətirməməliyik. Özümə gəlib, sonadək mübarizə aparmalı idik ki, bunu da etdik.
- Komandanın erkən iki qol buraxmasına səbəb nə idi?
- İlk qol penaltidən vuruldu ki, bundan da heç bir komanda sığortalanmayıb. Hakim penalti nöqtəsini göstərdi və artıq heç nəyi dəyişə bilməzsən. Bu qoldan sonra komanda toparlana bilmədi və ikinci topu buraxdıq. Oyun ərzində biz 0:3 hesablı məğlubiyyətə layiq deyildik. Rəqib bizdən güclü deyildi.
- "İnter"i "Tiraspol"dan güclü rəqib hesab etmirsən?
- Rəqib bu oyunda heç bir cəhətdə bizdən üstün deyildi. Ancaq onlardan belə futbol gözləmirdik.
- Baş məşqçiniz Vlad Qoyan oyundan sonra sizə nə dedi?
- Oyunda 3 qol buraxan müdafiə xəttindən narazılığını bildirdi. Bu bütün komandanı məyus etmişdi.
- "Tiraspol" hansı keyfiyyətlərinə görə səfərdə "İnter"i üstələyə bilər?
- Özünəgüvən, müdafiədə etibarlı oyun, rəqib cərimə meydançasında təzyiq və təhlükəli hücumlar hesabına "İnter" səddini keçə bilərik. Səhvlərimiz üzərində işləyəcəyik. Cavab matçına yaxşı hazırlaşacağıq və səfərə qələbə üçün gedəcəyik.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi