"Neftçi" Rumıniya klubuna uduzdu

"Neftçi"  Rumıniya klubuna uduzdu
ÖLKƏ FUTBOLU 4 İyul 2014 / 21:50 7815
-  A +

Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçən “Neftçi” klubu bu gün ikinci yoxlama matçında qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, "ağ qaralar" bu dəfə Rumıniyanın "Botoşani" klubu ilə qarşılaşıb.  Oyun "Neftçi"nin 0:3 hesablı məğlubiyyəti başa çatıb.

Ötən mövsüm Rumıniya yüksək liqasında debüt edən komanda 8-ci pilləni tutub.

Qeyd edək ki, "Neftçi" ilk görüşündə dünən "Dinamo" (Kiyev, Ukrayna) klubu ilə 2:2 bərabərə qalıb.



 

4 iyul

Yoxlama oyunu

20:00 "Neftçi" (Azərbaycan) – "Botoşani" (Rumıniya) - 0:3

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner