“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Dinamo” (Kiyev) ilə Avstriyada keçirilmiş hazırlıq oyunu (2:2) ilə bağlı fikirlərini bildirib. Təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandanın oyunundan razı qaldığını deyib:
“Rəqibi xüsusi təqdim etməyə ehtiyac var? “Dinamo” (Kiyev) Avropanın adlı-sanlı klublarından biridir. Biz hələ Bakıda və ondan sonra Boludakı təlim-məşq toplanışında olarkən klub rəhbərliyi bildirmişdi ki, “Dinamo” (Kiyev) ilə oyunumuz nəzərdə tutulub. Sevindirici məqam idi ki, Ukrayna komandası “Neftçi”ni son dərəcədə ciddiyə alaraq, əsas heyətlə meydana çıxdı. Sanki, rəsmi oyunmuş kimi meydançada çox amansız mübarizə getsə də, futbolçular bir-birinə hörmətlə yanaşdılar. Bolu toplanışından sonra belə rəqiblə oyunda komandanın fiziki durumunun nə yerdə olduğunu bilmək çox önəmli idi. Bu baxımdan məmnun qaldım. Sevindirici məqamlardan biri budur ki, “Dinamo” (Kiyev) kimi heyətində milyonlarla qiyməti olan futbolçuların çıxış etdiyi rəqibdən çəkinmədik. Bu oyunda dəfələrlə yüzfaizlik qol epizodu yaratdıq və bunlardan da ikisini qola çevirdik”.
Hacıyev əzmkar oyununa görə komandasına təşəkkürünü bildirib: “Hesabda geri düşməsinə baxmayaraq komandamız məğlubiyyətlə barışmaq istəmədi və əzmkarlıq nümayiş etdirdi. Futbolçuların əzmkarlığından, əsasən də gənc yerli oyunçulardan razı qaldım. Yeni transfer Kaue də bu oyunda özünü yaxşı tərəfdən göstərdi, bununla belə komandaya uyğunlaşması davam edir. Qarşıda hələ bir neçə hazırlıq oyunumuz var. İyulun 17-də Avroliqada keçirəcəyimiz ilk matçadək optimal heyəti müəyyənləşdirməliyəm və bunun üzərində də iş gedir”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi